Əlaqə Arxiv
news Image
2016.04.12
17:30
| A A A
"Gündəm xəbər" qəzetinin təsisçisinə hökm oxundu

Bu gün Yasamal Rayon Məhkəməsində "Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Movqe.az-ın  trend-ə istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Cəfəri 4 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib.


Ş.Cəfəri Cinayət Məcəlləsinin 306.2-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə, eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.


O, 2013-cü ilin mayında Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunaraq Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 3 il şərti azadlıqdan məhrum edilib.


Həmin vaxt məhkəmə həmçinin, Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71 min 478 manat ödəməsi barədə qərar çıxarıb. Ş.Cəfəri hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər 540 manat ödəyib.


O, qalan məbləği ödəmədiyinə görə ötən ilin mart ayının 5-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Ş.Cəfəri barəsində CM-nin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb. O, bu ilin fevral ayında isə 500 manat cərimələnib.

Sizin Reklam Yeriniz