Əlaqə Arxiv
news Image
2016.04.14
15:30
| A A A
Nazim Ağabəyova 7 il həbs cəzası verilə bilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Məhkəmədə dövlət ittihamçısı çıxış edərək müttəhimin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin olundu. Həmin gün iş üzrə hökmün veriləcəyi gözlənilir. Qeyd edək ki, N.Ağabəyov ötən ilin iyul ayının 23-də evdən çıxıb idarə etdiyi avtomobillə işə gedərkən Binəqədi rayonu ərazisində, Mir Cəlal küçəsində yerləşən "Bol market" ticarət mərkəzinin yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Onun üzərinə və maşınına baxış keçirilərkən onun üzərindən 6 qram heroin aşkar edilərək götürülüb. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, kompüter mühəndisi olan N.Ağabəyov məşhur rəssam Mais Ağabəyovun oğlu, "Meydan TV" internet layihəsinin rəhbəri, Almaniyada mühacirətdə yaşayan Emin Millinin qaynıdır.


Sizin Reklam Yeriniz