Əlaqə Arxiv
news Image
2012.12.06
17:10
| A A A
Sağ qala bilmək üçün dostunu yedi

Movqe.az xəbər verir ki, Rusiyanın Sibir bölgəsində qısa müddət əvvəl xilas edilən itkin düşmüş iki balıqçının sağ qala bilmək  üçün yoldaşlarını öldürüb yediyi iddia edilib. İddiaya görə 3 ay ərzində mənfi 30 dərəcədə həyatda qala bilmək üçün mübarizə aparan 37 yaşlı Aleksandr Abdullaev və 35 yaşlı Aleksey Qradulenko yoldaşları 47 yaşlı Viktor Komarovu yeyib. Polis, öldürülən balıqçının parçalanmış cəsədini və qanlı pencəyini tapıb. Dördüncü bir balıqçının daha itkin olduğu, onun da ac qalan iki balıqçı tərəfindən öldürülüb yeyilmiş ola b iləcəyi ehtimal olunur. Lakin qurtarılan iki balıqçı cinayət iddialarını rədd edib.

Sizin Reklam Yeriniz