Əlaqə Arxiv
news Image
2012.12.12
16:22
| A A A
Məcburi köçkün ailəsinin yeddi üzvü qidadan zəhərlənib
Zəhərlənənlərdən iki nəfər vəfat edib, digərlərini vəziyyəti ağırdır Ağdam rayonunda qidadan kütləvi zəhərlənmə faktı qeydə alınıb. Qidadan zəhərlənən bir ailənin yeddi üzvü dekabrın 12-də saat 13:30 radələrində Göyçay Mərkəzi rayon Xəstəxanasına gətirilib. Xəstəxanadan Movqe-Az-a verilən məlumata görə Ağdam rayonunun Mirzəli yatağı adlı ərazisində məskunlaşan Şuşa rayonundan olan məcburi köçkün, 1961-ci il təvəllüdlü İsmayılov Məhəddin Hüseyn oğlu, onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü İsmayılova Tərlan Həsən qızı, qızları - 1995-ci il təvəllüdlü Səyalı İsmayılova, 1991-ci il təvəllüdlü Dürdanə İsmayılova, oğlanları - 1994-cü il təvəllüdlü Xaləddin İsmayılov, 2004-cü il təvəllüdlü Seyfəddin İsmayılov və qohumu 1962-ci il təvəllüdlü Kərbəlalıyev Arzuman İnşallah oğlu qidadan zəhərlənib. Müalicə üçün Ağcabədi Mərkəzi rayon Xəstəxanasından təcili və təxirəsalınmaz tibbi yardım maşınları ilə Bakıya aparılan xəstələrin vəziyyəti yolda daha da ağırlaşıb və onlar Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Zəhərlənənlərdən Seyfəddin İsmayılov və bacısı Səyalı İsmayılova dünyasını dəyişib. Digər 5 xəstənin vəziyyəti isə ağırdır. Xəstələrin müalicəsi üçün Bakıdan Göyçaya həkimlər dəvət olunub.
İlkin məlumata görə, ailə üzvləri axşam yeməyi vaxtı evdə hazırlanmış pomidor turşusundan zəhərləniblər. Hazırda faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz