Bakıda maşınla piyadanı öldürüb qaçdılar
Bakıda daha bir ölümlə nəticələnən yol qəzası baş verib. Movqe.az-ın Lent.az-a istinadən məlumatına görə, Xəzər rayonu Buzovna qəsəbəsində naməlum avtomobil 39 yaşlı kişini vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində vəfat edib. Hadisəni törədən sürücü nəqliyyat vasitəsi ilə birgə qaçıb. Faktla bağlı araşdırma aparılır.