Əlaqə Arxiv
news Image
2012.12.14
10:25
| A A A
"Türqut Özalın ölüm səbəbini müəyyənləşdirmək mümkün olmayıb"

Türkiyənin Ankara Cümhuriyyət Baş Prokurorluğu mərhum prezident Turqut Özalın nəşindən nümunələr götürərək təhqiqat aparan Ədliyyə Tibb Qurumunun (məhkəmə ekspertizası) raportu ilə bağlı rəsmi açıqlama yayıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, aparılan analizlər nəticəsində 8-ci prezident Turqut Özalın ölüm səbəbini qəti olaraq müəyyənləşdirmək mümkün olmayıb. Buna baxmayaraq, prokurorluq təhqiqatın davam edəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatında T. Özalın bədənində müxtəlif növ toksik maddələr aşkarlandığı barədə xəbərlər yayılmışdı.

Sizin Reklam Yeriniz