Əlaqə Arxiv
news Image
2012.12.14
15:25
| A A A
Orta məktəbdə bıçaqlanma hadisəsi baş verib
Movqe.Az bildirir ki, Çinin Henan əyalətində bir adam ibtidai məktəb şagirdlərinə bıçaqla hücum edib. Hücumda 2-si ağır olmaqla 22 uşaq yaralanıb. Şinhua agentliyinin xəbərinə görə, səhər saatlarında bıçaqlı bir adam Şinyang şəhərindəki bir orta məktəbin qapısına gələrək şagirdlərə hücum edib. 36 yaşlı bir kəndli olduğu açıqlanan adamın 22 uşaq və bir yetkini yaraladığı qeyd edilib. Təcavüzkar, hadisədən sonra dərhal nəzarətə alınıb. Yaralanan uşaqlardan 2-nin vəziyyətinin ciddi olduğu bildirilib.

Xatırladaq ki, Çində baş verən hücumlardan bəziləri işsiz qalan şəxslər tərəfindən törədilib. 2010-cu ildə Çinin şərqində bir məktəbdə baş verən hadisədə bıçaqlı bir adam 28 uşaq, 2 müəllim və bir mühafizəçini yaralamışdı.

Məktəblərə istiqamətli hücumlar rəsmilərə ölkənin hər tərəfində məktəblərə təhlükəsizlik qüvvələrini yerləşdirməyə sövq edib.

Sizin Reklam Yeriniz