Baş nazirin başını kəsmək istəyib
Mövqe.az xəbər verir ki, Terror aktlarında 77 nəfəri
öldürən sağçı Norveçli terrorist Anders Behrinq Breivik
yalnız Utoya adasında həyatını itirən 69 adamı deyil, həmin vaxt
adada olan hər kəsi öldürmək istədiyini söyləyib. Onun
adadakı 69 nəfərdən əlavə baş nazir Qro Harlemi də öldürmək
istədiyini söyləməsi məhkəmədə olan hər kəsi çox
təəccübləndirib.
Breivik Köhnə Baş nazir Brundtlandın başını süngüylə kəsmək üçün plan hazırladığını, həmçinin xarici işlər naziri Jonas Qahr Störenin də hədəfləri arasında olduğunu deyib.
Breivik Utöya Adasında reallaşdırdığı terror aktından əvvəl paytaxt Oslodakı hökumət binası yaxınlığındakı bombalı hücumu necə reallaşdırdığını, bomba istehsalında istifadə edilən vəsaitlər ilə silahları necə satın aldığını detallı və soyuqqanlı bir şəkildə izah edib.
O, terror aktlarını həyata keçirərkən Əl-Qaidənin üsullarından ilhamlandığını söyləyib.
Əfqanə Məzahirqızı