Ermənistanda hərbçilərin olduğu avtomobil aşıb
Ermənistanın Lori vilayətində avtomobilin aşması nəticəsində hərbi qulluqçular xəsarət alıb.
Movqe.az-ın verdiyi xəbərə görə, hadisə Vanadzor-Dilican yolunda baş verib.
Avtomobil yoldan çıxararaq dərinliyi 50 metr olan yarğana yuvarlanıb.
Sürücü və sərnişin xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirir./apa/