Şok: Azərbaycanda sərnişin avtobusu aşıb, ölən və xeyli xəsarət alan var
Ölən və yaralıların əksəriyyəti müəllimdir
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə
bu gün saat 10.00 radələrində Qobu qəsəbəsi yaxınlığında qeydə
alınıb. Qobu qəsəbəsindən Bakı şəhəri istiqamətində hərəkət edən
153 saylı marşrut avtobusu yoldan çıxaraq aşıb. Nəticədə xeyli
sərnişin xəsarət alıb. Yaralılar xəstəxanalara aparılır.
İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəstəxanaya qəzada xəsarət alan xeyli sərnişin gətirilib. Onlardan biri xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib. Ölən və yaralananların əksəriyyəti orta məktəb müəllimidir.