Müəllimi tərəfindən zorlanan şagirdlə bağlı Zakir Qaralova müraciət olundu
Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı Baş Prokurorluğa müraciət olunub. Movqe.az-ın məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanova bildirib. Ombudsman qeyd edib ki, Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdinin müəllimi tərəfindən zorlanması faktının araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: "Hazırda araşdırmaların nəticəsini gözləyirik".
Qeyd edək ki, Pirbəhli kənd orta məktəbinin müəllimi İbrahimov Elnur Həsənağa oğlu 9-cu sinif şagirdini zorlamaqda təqsirləndirilir.