Əlaqə Arxiv
news Image
2012.12.26
17:49
| A A A
İtini xilas edəndə özü öldü

Movqe.az xəbər verir ki, İtaliyada bir ovçu süni gölməçəyə düşən itini xilas etməyə çalışarkənözü  həlak olub. Katania şəhərinə yaxın Kastel Judika kəndi çölündə ovlanmağa çıxan Salvatore Makarronenin cəsədi xilasetmə qrupları tərəfindən göldən çıxarılaraq ekspertiza üçün xəstəxanaya göndərilib. Siciliya qəzetinin xəbərinə görə 35 yaşlı bir işçi olan Salvatore Makarrone adlı şəxs, ovlanmaq üçün "Castel Judica" kəndi çölünə çıxıb. Yanında Setter cinsi ov itini də götürən Makarronenin uzun müddət evə dönməməsi ilə ailəsi səlahiyyətlilərdən kömək istəyib. Hadisəni xəbər alan xilasetmə qüvvələri meşə qoruma işçiləri, polis və vətəndaş müdafiə etmə qrupları bölgədə axtarış xilasetmə əməliyyatı başladıb. Çox keçmədən süni göldə bir ov itinin gözlədiyini və gölün sahilində dayanan ov tüfəngini görən səlahiyyətlilər gölü araşdırıb. Gələn dalğıcların işləri nəticəsində Makarronenin cəsədi tapılıb.

Sizin Reklam Yeriniz