Əlaqə Arxiv
news Image
2012.12.28
14:12
| A A A
Metro gözləyən adamı relslərə itələdi
Movqe.Az bildirir ki, Nyu Yorkda metro stansiyasında platformadan relslərə itələnilən bir adam qatarın altında qalaraq dünyasını dəyişib. Nyu York polisinin jurnalistlərə verdiyi məlumata görə, "Queens"'də 40-cı prospekt üzərindəki metro stansiyasında 20 yaşlarında bir qadın qatarın platformaya yaxınlaşdığı sırada birdən oturduğu kreslodan qalxaraq platformada gözləyən bir adamı relslərə itələyib. Qatarın altında qalan adam elə hadisə yerində dünyasını dəyişib. Qadının hadisədən sonra stansiyadan qaçdığı, polisin şübhəlinin tutmaq üçün araşdırma başlatdığı bildirilib. Ədəb şahidlərinin qadınla adam arasında hər hansı bir dialoqun reallaşmadığını və hər hansı bir tanışlıq əlaməti göstərmədiklərini izah etdikləri qeyd edilib. Nyu York metrosunda son bir ayda artıq ikinci dəfədir ki belə hadisə yaşanır. Yenə "Queens"də meydana gələn hadisədə Ki-Sak Xan adlı bir nəfər mübahisə etdiyi adam tərəfindən relslərə itələnib və qatarın altında qalaraq vəfat edib.
Sizin Reklam Yeriniz