Əlaqə Arxiv
news Image
2013.01.06
11:06
| A A A
Bakı-Şamaxı yolunda iki maşın toqquşub, bir ölü, iki yaralı var

Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən ərazisində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnmiş yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin "112" telefon xəttinə daxil olmuş məlumatda bildirilib.

Məlumata görə, "VAZ" və "Mercedes" markalı iki minik maşının toqqouşması nəticəsində, "VAZ"ın sürücüsü, 1973-cü il təvəllüdlü Teyyub Bəkirov hadisə yerində ölüb.

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, "VAZ" markalı minik avtomobilində olan bir sərnişin və "Mercedes"in sürücüsü xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Sizin Reklam Yeriniz