Əlaqə Arxiv
news Image
2013.01.08
17:45
| A A A
İtlər 4 nəfəri parçaladı
Movqe.Az bildirir ki, Meksikada çöl itlərinin hücumuna məruz qalan 4 nəfər dünyasını dəyişib. Paytaxt Meksiko Prokurorluğundan verilən məlumata görə, paytaxtın şərqində yerləşən "Cerro de la Estrella" adlı parkda çöl itlərinin hücumuna məruz qalan 4 nəfərin cəsədinin tapıldığını təsdiqləyib. Hadisənin iki həftə əvvəl baş verdiyi bildirilən məlumatda, ölənlərdən birinin 1 yaşında bir körpə olduğu və cəsədlərin müəyyən hissələrinin itlər tərəfindən dişlənilmiş olaraq olduğu qeyd edilib. Bu hadisədən sonra parkda təxminən 100 polisinin iştirakı ilə aparılan axtarışda 25 it tapılıb və səlahiyyətlilər vətəndaşları parkı ziyarət etməməsi mövzusunda xəbərdarlıq edib.
Sizin Reklam Yeriniz