Əlaqə Arxiv
news Image
2013.01.08
17:40
| A A A
Daha bir kütləvi təcavüz hadisəsi

Movqe.az xəbər verir ki, Hindistanda gənc bir qızın avtobusda məruz qaldığı təcavüzdən sonra dünyasını dəişdiyi bildirilib. Hadisənin təsirləri keçmədən, indi də yeni bir xəbər bütün dünyanı sarsıdıb."Daily Mail"in verdiyi xəbərdə 21 yaşlı qıza birdən çox şəxs tərəfindən təcavüz edildiyi, daha sonra öldürüldüyü yazlıb. Bir fabrikdə işçi olaraq çalışan şanssız qızın cəsədi isə bir küçədə yarı çılpaq halda tapılıb. Qızının evə gəlməməsi səbəbiylə narahat olan və polisə zəng edən ata istədiyi köməyi heç cür ala bilməyib. Ataya "Qızınız sevgilisiylə qaçmışdır" cavabı verilib. Hadisə ilə maraqlanmayan polislərin həbs edildiyi bildirilib. Ailənin şikayəti ilə 2 nəfər həbsə edilib, 1 nəfər isə hələ də axtarılır.Xatırladaq ki, Hindistanda ötən həftə 23 yaşlı gənc bir qız, avtobusda kütləvi təcavüzə məruz qalaraq dünyasını dəyişmişdi. Hadisənin ardınca ölkə səviyyəsində təcavüzə etiraz əlaməti olaraq çox sayda nümayiş təşkil edilmişdi.

Sizin Reklam Yeriniz