Əlaqə Arxiv
news Image
2016.10.06
13:38
| A A A
Gömrükdə külli miqdarda rus rublu aşkar edilib

Gömrükdə külli miqdarda rus rublu aşkar edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiya Federesiyasına səyahət edən Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib. Yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əskinaslar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz