Əlaqə Arxiv
news Image
2016.10.07
13:15
| A A A
Şair Gülağa Tənha Akif Çovdarovun işində zərərçəkən şəxsə 19,5 milyon dollar verdiyini deyib

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK"-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Movqe.az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən isə İlham Qasımov ifadə verrək heç kimə qarşı dələduzluq etmədiyini deyib. İlham Qasımov şair Gülağa Tənhanın onunla bağlı prosesdə verdiyi ifadəyə münasibət bildirib: "Sadəcə, bəzi adamlar Gülağa müəllimlə mənim münasibətimi pisləşdirdi. Həmin adamlar Gülağadan mənim adımla pul alırdılar. Onlar gördülər ki, Gülağa müəllimin pulu çoxdur. Pərvin adlı şəxs ondan istifadə etməyə başladı. Bizi ilişdirdilər. Gülağa müəllimi də qızışdırdılar, guya onun pulunu mənim mənimsədiyimi dedilər. Gülağa mənə yalnız 13 milyon 667 min dollar verib. Qalan 6 milyon dollar isə mənə verilməyib".İ. Qasımov özünü təqsirli bilmədiyini deyib.Proses oktyabrın 14-də davam etdiriləcək./apa/

Sizin Reklam Yeriniz