Əlaqə Arxiv
news Image
2013.01.10
00:26
| A A A
Masallı rayonunda bıçaqlanma
Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə məlumatı APA-ya Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi Elçin Fərəcov verib. Məlumata görə, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Kənd sakini, 39 yaşlı Mehman Kamal oğlu Sərxanov şəxsi münaqişə zəminində həmyerlisi, 25 yaşlı Pərviz Fəxrəddin oğlu Əliyevi bıçaqlayıb. P.Əliyev qarının alt nahiyəsinin daxilə keçən kəsilmiş - deşilmiş yarası diaqnozu ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törətmiş Mehman Sərxanov yaxalanaraq polisə təhvil verilib.Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Sizin Reklam Yeriniz