Əlaqə Arxiv
news Image
2016.10.12
10:35
| A A A
Sumqayıtda qardaş bacısını amansızlıqla öldürüb

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Sumqayıt şəhər Prokurorluğundan Movqe.az-a verilən məlumata görə, hadisə oktyabrın 11-də səhər saat 07 radələrində şəhərin Saray bağları yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan 1992-ci il təvəllüdlü Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. P.Şahbazovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz