Əlaqə Arxiv
news Image
2013.01.15
12:44
| A A A
Dəm qazı daha üç can aldı
Dəm qazı daha üc nəfərin ölümünə səbəb olub. Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 14-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Şəmsi Qafarov, Cəlilabad rayonunun Alar kənd sakini Pərvanə Həbibova, Sumqayıt şəhər sakini Rəna Alışova dəm qazından zəhərlənərək ölüblər. Bundan başqa, Sumqayıt şəhər sakinləri Gülçöhrə Məmmədova, onun oğlu Süleyman və qızı Səmayə, Günel Abdullayeva , Elşad İsayev, Xırdalan şəhər sakini Nərmin İsgəndərova və Mingəçevir şəhər sakini Vüsal Novruzov evlərindən pomidor turşusundan, dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

 
Sizin Reklam Yeriniz