Əlaqə Arxiv
news Image
2016.10.14
20:30
| A A A
İki oğru "Canavar adam"ın əlinə keçdilər, peşman oldular - FOTO

36 yaşlı Kim Qordon və 56 yaşlı Qarfild Morqan həmin günə lənət oxuyurlar. Onların dediklərinə görə, həyatlarını ən böyük səhvini ediblər.

Səbəb isə bu iki cinayətkarın 34 yaşlı Qari Harrinqtonun evinə oğurluğa girmələridir.

Movqe.az bildirir ki, oğrular kimin evinə girdiklərini bilmirdilər. Bilsəydilər, bunu etməzdilər: hər halda Qordonla Morqan polisdə belə deyiblər.

Evin sahibi "The Wolfman" ("Canavar adam") ləqəbi ilə tanınan 34 yaşlı Qari Harrinqton idi.

Boyu 2,06 metr, çəkisi 136,7 kq olan Qari Harrinqton əlbəyaxa döyüş ustasıdır. Eyni zamanda o, homoseksualdır.

ABŞ-ın Florida ştatında yaşayan Qari Harrinqtonun evinə gecənin bir aləmində oğrular girəndə o, ikinci mərtəbədə yatırdı. Səs-küyə oyanan "Canavar adam" aşağı düşüb və dəhlizdə üzlərində maska olan iki şəxsi görüb.

Həmin şəxslər Qarfild Morqanla Kim Qordon idilər.

Oğruların hər birini cəmi bir zərbə ilə vurub yerə sərəndən sonra ev sahibi "zavallı"ları sürüyərək zirzəmiyə aparıb, əl-ayaqlarını bağlayıb.

Daha sonra oğrular üçün cəhənnəm başlanıb.

"Beş gün orada qaldıq. Hər günü bizi dəfələrlə zorlayırdı. Qışqırmaqdan səsimiz batanda evin qapısının sındıralaraq açıldığını eşitdik. Polis gəlmişdi", - Q.Morqan deyib.

Polisdən verilən məlumata görə, Qari Harrinqtnoun evinin zirzəmisindən gələn qışqırıq səsini qonşuluqda yaşayan Emi Stüart adlı qadın təsadüfən eşidib və polisə zəng vurub.

Gənc oğlanları döydüyü və zorladığı üçün dəfələrlə məhkum olunmuş "Canavar adam"sa polisə deyib: "Onlar mənim evimin qapısındakı qıfılı sındırıb içəri girdilər, mən də onların ruhlarını sındırdım"./milli.az/

Sizin Reklam Yeriniz