Əlaqə Arxiv
news Image
2016.10.15
15:00
| A A A
Sumqayıt qəbiristanlığında basdırılan odlu silah aşkar edildi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları Sumqayıt şəhər qəbiristanlığında silah aşkarlayıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, oktyabrın 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və Müalicə müəssisəsinin əməliyyat aparatlarının Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər qəbiristanlığında ağacın dibində basdırılmış, darağında səkkiz ədəd gülləsi olan 1 ədəd “Makarov” tipli tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz