İŞİD yeni edamları göstərdi - FOTOLAR
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni edam
videolarını yayıb.
Videolarda terrorçuların "səlibçilərin və Taqutun casusları" adlandırdıqları şəxslərin güllələnmə anları əks olunub.
Movqe.az bildirir ki, bir videoda əyinlərində narıncı kombinezon olan iki şəxsin "cinayət"ləri oxunur, sonra onlar diz çökdürülürlər.
Bu şəxslərin arxasında durmuş 10-12 yaşlı oğlanlar əllərindəki tapançaları qaldırıb iki zavallının başına tuşlayır və atəş açırlar.
Video İraqın şimalında, Nineviya vilayətində çəkilib.
Digər videoda isə iraqlı şiələrin hərbi birləşmələrindən
birinin mənsubu diz çökdürülür. İŞİD terrorçusu əlindəki aerozol
boya balonu ilə onun alnına qara ləkə çəkir, sonra pompalı tüfənglə
həmin ləkəni nişan alıb atəş açır./milli.az/