Əlaqə Arxiv
news Image
2016.10.19
17:26
| A A A
Rusiyada tikintidə çalışan azərbaycanlı 9-cu mərtəbədən şaxtaya düşərək ölüb

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı şaxtaya düşərək ölüb.

Movqe.az-ın məlumatına görə, hadisə dünən gecə saatlarında Murino rayonunda yerləşən tikinti meydançalarının birində baş verib.

22 mərtəbəli binada suvaqçı işləyən azərbaycanlı kommunikasiya şaxtasına düşərək ölüb.

Soydaşımızın podratçı şirkətdə çalışdığı bildirilir. İş vaxtı bitəndən sonra o, 9-cu mərtəbədə təmizlik işləri aparırmış.

Onun meyiti şaxtada tapılıb./apa/

Sizin Reklam Yeriniz