Əlaqə Arxiv
news Image
2013.01.15
17:51
| A A A
Alkoqollu içki içən ərini öldürdü, cəsədini balkonda gizlətdi
Movqe.az xəbər verir ki, Rusiyanın Uzaq şərq bölgəsi Habarovskda yaşayan bir qadın spirtli işki qəbul edən ərini öldürərək gecə geyimində balkona qoyub. Aylarla balkonda tutduğu yoldaşının cəsədini şəhər xaricində boş bir əraziyə basdıran qadın polis tərəfindən tutulub. Rusiya İstintaq Komissiyasından verilən açıqlamada, spirtli içki qəbul edən ərini öldürən qadın uşaqlarına atalarının Vladivostoka səyahətə getdiyini söyləyib. Komissiya sədri Kirill Levit verdiyi məlumatda, "Talehsiz kişinin cəsədi uzun müddət balkonda qalıb. Uşaqları cəsədi görüncə, qadın onları kimsəyə söyləməmək mövzusunda hədələyib. Sonra da cəsədi şəhər xaricində boş bir sahəyə basdırıb" deyib. Qadının yoldaşını öldürmə cinayəti ilə məhkəməyə çıxarılması gözlənilir.
Sizin Reklam Yeriniz