Əlaqə Arxiv
news Image
2016.10.27
12:00
| A A A
Abşeronda villadakı partlayışda yaralanan məmur dünyasını dəyişdi-Türkiyədə

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Qurbanov dünyasını dəyişib. Movqe.az-ın Report-a istinadən məlumatına görə, hadisədən sonra M.Qurbanov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib. O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib. Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Qurbanlı ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Qurbanlı isə ölüb. M.Qurbanov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər.

Sizin Reklam Yeriniz