Əlaqə Arxiv
news Image
2016.10.27
13:57
| A A A
London taksi"sinin qəzası - qadın həyatından oldu

Bakıda "London taksi"si piyadanı vurub öldürdü. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 26-da saat 11 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əkbər Əkbərov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolu keçən paytaxt sakini Rüxsarə Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Yasamal RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz