Əlaqə Arxiv
news Image
2016.10.27
17:00
| A A A
Britaniyalı narkobaron polisdən gizlənməkdən yorularaq təslim olub

Narkotik maddələrin ticarətinin təşkilində ittiham olunan böyük britaniyalı Robert Cerrard polisə təslim olub. Movqe.az BBC-yə istinadən xəbər verir ki, R.Cerrard ölkənin ən çox axtarılan cinayətkarları siyahısında yer alması yükünün onun üçün ağır olmasından şikayətlənib.

Liverpuldan olan 53 yaşlı R.Cerrard Böyük Britaniyada ədalətdən qaçan insanların siyahısına 2014-cü ilin fevral ayında düşüb.
O, vəkilinin yardımı ilə cinayətkarlığa qarşı mübarizə üzrə Milli Agentliyin nümayəndələri ilə görüşməyə razılıq verib və elə oradaca saxlanılıb. Ona kokain qaçaqmalçılığının təşkili ilə bağlı ittiham irəli sürülüb. R.Cerrard noyabrda məhkəmə qarşısına çıxmalıdır.
Qeyd edək ki, 2013-cü ilin oktyabr ayından ədalətdən qaçan R.Cerrard Böyük Britaniyada ən çox axtarılan adamların siyahısında üçüncü şəxs olub.

Sizin Reklam Yeriniz