Əlaqə Arxiv
news Image
2016.10.28
10:42
| A A A
Selfi çəkən qız öldü – Azərbaycanda bədbəxt hadisə

Astara rayon sakini, Azərbaycan küçəsi, ev 57 ünvanında yaşayan 18 yaşlı Musazadə Elida İntiqam qızı ehtiyatsızlıq üzündən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Movqe.az xəbər verir ki, hadisə dünən axşam saat 20:30 radələrində, Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.

Həmin ünvanda yaşayan bacısıgilə qonaq gələn Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan balkondan yıxılıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır./report.az/

Sizin Reklam Yeriniz