Türkiyədə bələdiyyə sədrləri və sabiq deputat həbs edilib
Türkiyənin Diyarbəkr vilayətinin bələdiyyə sədrlərinin həbsinə
qərar verilib.
Movqe.az-ın verdiyi xəbərə görə, bələdiyyənin həmsədrləri Gültan
Kışanak və Fırat Anlı ilə bərabər keçmiş deputat Ayla Akat Atanın
barəsində həbs qətimkan tədbiri seçilib.
Hər üç şəxs terrorçuluqda təqsirləndirilir. Onlar PKK terror
təşkilatına dəstək verməkdə ittiham olunur.
Kocaeli vilayətində Gültan Kışanak, Fırat Anlı və Ayla Akat Atanın
həbsinə etiraz əlaməti olaraq, aksiya keçirən şəxslərdən 20 nəfər
də saxlanılıb./trend/