Əlaqə Arxiv
news Image
2016.10.31
16:28
| A A A
İŞİD-də döyüşən azərbaycanlılardan ibarət daha bir dəstənin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Movqe.az trend-ə istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin ilkin baxış iclası noyabrın 4-nə təyin edilib.

Dövlət Təhlükəsizlik Xidmətinin bu ilin fevral ayında yaydığı məlumata görə, adıçəkilən şəxslər 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya və İraq ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən “İslam dövləti (İŞİD)” və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.

 

Sizin Reklam Yeriniz