Əlaqə Arxiv
news Image
2016.12.13
13:07
| A A A
22 yaşlı keçmiş arvadını oteldə öldürdü-41 yaşlı kişi

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Masallı rayonunda qətl hadisəsi törədilib. Masallı rayon Prokurorluğundan verilən məlumata görə, 41 yaşlı İbrahim Paşa oğlu Muradov keçmiş həyat yoldaşı 22 yaşlı Röya Novruz qızı Hüseynovanı qətlə yetirib.

Qətl hadisəsi Masallıda yerləşən otellərdən birində baş verib. Məlumata görə hər iki şəxs Salyan rayon sakinidir. 

Hadisə qısqanclıq zəminində baş verib.

“Ailənin iki az yaşlı övladı var. Hadisəyə baxış keçirilib, ekspertiza təyin edilib. İstintaq davam etdirilir”, -deyə rayon prokurorluğundan bildirilib.

Hadisə ilə bağlı müxtəlif şayiələr yayılıb. İddalara görə, Muradov keçmiş xanımını oteldə başqa kişi ilə görüşdüyü üçün öldürüb. Röya Hüseynovanın yaxınları bu haqda danışmaq istəmədiklərini bildiriblər.

Sizin Reklam Yeriniz