Əlaqə Arxiv
news Image
2016.12.22
14:00
| A A A
Azərbaycanda iki çoban barəsində axtarış elan edildi

Mənimsəmədə təqsirləndirilən Əliş Abdulov, Mikayıl Əndəlifov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əliş Abdulov və Mikayıl Əndəlifov məhkəmə prosesinə gəlmədikləri üçün onların barəsində axtarış elan edilib və həbs-qəti imkan tədbiri seçilməsi barəsində qərar qəbul edilib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində polisin nəzarətinə verilmə qəti imkan tədbiri seçilmişdi. Dövlət ittihamçısı ötən prosesdə onlara cəza istəmişdi. Belə ki, o, Əliş Abdulov, Mikayıl Əndəlifov, Seymur Zahidovun hər birinə 10 il, Cabir Nərimanovun 6 il 6 ay, baytar həkim Mirhüseyn Zayidovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Güzdək Qoyunçuluq Sovxozunda çoban işləyiblər. Onlar sovxoza məxsus 100-dən çox qoyunu mənimsəməkdə ittiham olunurlar.

Sizin Reklam Yeriniz