Əlaqə Arxiv
news Image
2016.12.24
13:10
| A A A
Xaçmaz sakini evi ilə birlikdə yanıb öldü

Xaçmaz sakini evində yanıb ölüb.

Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 23-də saat 03 radələrində Xaçmaz rayonunun Çılğır kəndində yaşayan Ağahüseyn Hüseynovun evində yanğın baş verib.

Hadisə nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra A.Hüseynovun yanmış meyiti tapılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz