Əlaqə Arxiv
news Image
2016.12.29
13:13
| A A A
DİN Salyanda törədilən qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Salyan törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.

 
Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, 2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxıb və geri qayıtmayıb.
 
Araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.
 
E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib.
 
R.Cavadovun tutulması üçün tədbirlər görülür.
 
Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Sizin Reklam Yeriniz