Əlaqə Arxiv
news Image
2013.01.25
17:38
| A A A
Günahsız olduqları 18 il sonra aydın oldu
Movqe.Az bildirir ki, ABŞ-da cinayət günahından məhkum olan 3 adamın 18 il sonra günahsız olduqları aydın olub. 18 illik haqsız əsarətdən sonra gələn azadlıq xəbəri onları sevindirib. Gecikən ədalət 18 il sonra təsəlli edib. Günahsız olduqları aydın olan 3 adamı dəmir barmaqlıqların xaricində ailələri gözləyib. Sevinc qışqırıqları Nyu York küçələrində eşidilib,həssas anlar yaşanıb. Maykl Kosme, Devon Ayers və Karlos Perez, 1995-ci ildə Nyu Yorkda bir taksi şoferinin və bir yük firmasının sürücülərini öldürməklə günahlandırılıblar və 18 il həbsdə yatıblar. Ancaq, illər sonra iki şəbəkə üzvünün etirafı nəticəsində məhbusların günahsız olduqları aydın olub və sərbəstliyə çıxıblar. İtən illərin geri gətirilə bilməyəcəyini söyləyən Karlos Perez yaşadıqları çətinlikləri izah edib. Perez, "İşləmədiyi bir cinayətdən bu qədər uzun müddət həbsdə qalmaq bir adam üçün heç asan deyil. Bu çox can ağrıdan bir şeydir." deyib. Ailələrinə və uşaqlarına qovuşan məhkumlar xoşbəxtliklərini və gələcəyə dair planlarını açıqlayıblar. Eyni səbəblə günahlandırılan digər iki adam da oktyabr ayında sərbəst buraxılmışdılar.


Sizin Reklam Yeriniz