Əlaqə Arxiv
news Image
2013.01.31
12:20
| A A A
İki qardaş yol qəzasında öldü
Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə gecə saatlarında qeydə alınıb. Ağdam rayonu Mərzili kənd sakini, 1981-ci il təvəllüdlü Namazov Ramil Rəhman oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Bakı şəhər sakini Hüseynov Elsevər Soltan oğlunun idarə etdiyi "Ford Tranzit" markalı yük maşını toqquşub. Nəticədə "VAZ 2107"-nin sürücüsü, onun avtomobildə olan qardaşı, 1984-cü il təvəllüdlü Seymur Namazov və digər sərnişin Əhmədov Nail Şəmsəddin oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da, Ramil və Seymur Namazov qardaşlarını xilas etmək mümkün olmayıb. Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sizin Reklam Yeriniz