3 otaqlı ev yandı
Bu gün Goranboy rayonu, Goranlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Movqe.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı evlər yanğından mühafizə edilib. Yanğın saat 14:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.