26 yaşlı oğlan özünü öldürdü-Azərbaycanda
Qusar rayonunda intihar hadisəsi baş verib. Qusar rayon Prokurorluğundan Movqe.az-a verilən məlumata görə, hadisə rayonun Qələxur kəndində baş verib. Həmin kənddə yaşayan, 1991-ci il təvəllüdlü Adıgözəlov Natiq Ramanldanoviç özünü yaşadığı evdə asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.