Qadını diri-diri yandırdılar - Həkim məsuliyyətsizliyinə görə - VİDEO
Hindistanda həkimin ölüb dediyi qadının diri-diri yandırıldığı məlum olub.
Movqe.az milli.az-a istinadla bildirir ki, Hindistandakı bir xəstəxananın həkimləri 21 yaşlı Racha adlı qadının ərinə və uşaqlarına onun öldüyünü söyləyiblər.
Bundan sonra adət-ənənəyə uyğun olaraq qadının "cəsəd"i yandırılıb. Sonradan məlum olub ki, qadın ölməyibmiş. Belə ki, diri qadın yanaraq ölüb.