Keçmiş məhkum silahla yaxalanıb
Bakıda silahlı şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Allahverdiyevdən nömrəsi silinmiş "Naqan" markalı tapança və 8 ədəd patron götürülüb.