Bakıda qadının mənzilindən 28 min manatlıq qızıl oğurlanıb
Faktla bağlı araşdırma aparılır
Bakıda mənzildən oğurluq olub. “Movqe”-nin məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, G.Mehmandarov küçəsi ev 76 ünvanında qeydə alınıb. Orada yaşayan 1987-ci il təvəllüdlü C.Abbasovanın evindən açarseçmə yolu ilə 28 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.