Paytaxtda mənzildə meyit tapılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Movqe.az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1941-ci il təvəllüdlü Hüseynov Fikrət Eyyub oğlunun cəsədini aşkar edərək aidiyyati üzrə təhvil veriblər.
Əməliyyat saat 10:45-də başa çatıb.