Bakıda tikintidə yanğın - ÖLƏN VAR
Bakıda tikilməkdə olan binada yanğın olub. Movqe.az-ın məlumatına görə, hadisə Xətai rayonu Babək prospektində tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində orada işləyən, Tovuz rayon sakini Muradxan Qarayev yanaraq ölüb.
Fakta bağlı araşdırma aparılır.