Əlaqə Arxiv
news Image
2017.04.06
12:06
| A A A
Azərbaycanda kafedra müdiri dünyasını dəyişdi

Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasının müdiri Elxan Kərimov vəfat edib. Movqe.az-ın “Report”a istinadən məlumatına görə, E.Kərimov 79 yaşında dünyasını dəyişib.
O, uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, E.Kərimov 1938-ci ildə Göyçayda anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Tibb İnstitutunun stomatologiya ixtisasına yiyələnib.
2000-ci ildə Azərbaycan əməkdar həkimi, 2010-cu ildə isə əməkdar elm xadimi adına layiq görülüb. O, həm də Səhiyyə Nazirliyi Həkimlərin Attestasiyası Komissiyasının sədri olub. Mərhum 1990-cı ildən ortopedik stomatologiya kafedrasına rəhbərlik edirdi.

Sizin Reklam Yeriniz