3 uşaq anası özünü asdı
Ağsu rayonunda intihar hadisəsi baş verib.
Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Ərəb Sarvan kəndində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Eyyubova Səfurə Əlibala qızı yaşadığı ünvanda özünü kəndirlə asaraq intihar edib. Üç övladı olan S.Eyyubovanın özünə qəsd etməsinin səbəbi, hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.