Əlaqə Arxiv
news Image
2017.04.11
10:00
| A A A
Psixatriya Xəstəxanasında ölüm

Sabunçu rayonunda xəstəxanalardan birində ölüm hadisəsi baş verib. Movqe.az "Report"-a istinadən xəbər verir ki, hadisə Mağtağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında qeydə alınıb.
Belə ki, xəstəxanada müayinə olunan 1975-ci il təvəllüdlü Lənkəran rayon sakini Nuriyev Cəmaləddin İsmayıl oğlu dünyasını dəyişib. Onun ağ ciyərin iltihabı xəstəliyindən vəfat etdiyi bildirilir.
C.Nuriyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Sizin Reklam Yeriniz