Əlaqə Arxiv
news Image
2017.04.11
15:29
| A A A
Sevgilisini öldürən qadına AĞIR CƏZA

Sevgilisini öldürməkdə təqsirləndirilən Valentina Flimonovanın cinayət işi üzrə məhkəmə  başa çatıb.
 
Movqe.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən V.Flimonova 16 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, qətl ötən il avqustun 14-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində baş verib. Həmin ərazidə yaşayan V.Flimonova evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Nikolay Orlova bıçaqla xəsarət yetirib. N.Orlov hadisə yerində ölüb.
 
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Filimonova tutulub.

Sizin Reklam Yeriniz