Əlaqə Arxiv
news Image
2017.04.11
16:32
| A A A
Polis idarəsindəki güllələnmə ilə bağlı yeni xəbər

Ötən gecə Lənkəran şəhər Polis İdarəsində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, hadisə gecə saat 03 radələrində baş verib. Polis tərəfindən saxlanılan Xolmili kənd sakini, 40 yaşlı Fail Hüseynov polis əməkdaşından su istəyib. Şübhəli şəxsə su verərkən F.Hüseynov qəfil hücum edərək polisin silahını götürüb və özünə atəş açaraq intihar edib.
 
Faktla bağlı prokurorluqda araşdırma aparılır. 

Sizin Reklam Yeriniz